Teqbal idman növü dünyada geniş vüsət almaqdadı. Artıq bu idman növü ilə ölkəmizdədə məşğul olanlar var.
Bir müddət öncə Azərbaycan Futnet Federasiyası ölkəmizdə Teqbal Federasiyasının təsi edilməsi ilə bağlı açıqlama vermişdi. Elə həmin ərəfədə bu idman növü üzrə ilk yarış da keçirilmişdi.
Bundan sonra isə artıq Azərbaycan dünya teqbal ailəsinin tam hüquqlu bir üzvüdür. Belə ki, Dünya Teqbal Federasiyası Azərbaycan Teqbal Federasiyasının üzv olmaq istəyini müsbət cavablayıb. Bununla bağlı beynəlxalq qurumun rəsmi saytında müvafiq məlumat da dərc edilib.
Qeyd edək ki, Azərbaycan Teqbal Federasiyasının prezidenti Vüsal Xəlilovdur.